Azərbaycan millisi Tacikistan yığması ilə yoldaşlıq oyunu keçirəcək

17 İyul 2026 13:00 (UTC+04:00)

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək.

SİA AFFA-ya istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 2026-cı il sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq.

Oyun "Palms Sports Arena"da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.