Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü münasibətilə media brifinqi keçirilib.
SİA xəbər verir ki, brifinqdə ANAMA-nın İdarə Heyətinin sədri iştirak edir. Tədbirdə Agentliyin fəaliyyətinin əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, əldə olunan nəticələr, qarşıda duran vəzifələr, eləcə də beynəlxalq əməkdaşlıq və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilir.
Eyni zamanda, media nümayəndələrinin sualları cavablandırılır, mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər, əhalinin təhlükəsizliyinin təmin edilməsi və mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri müzakirə olunub.
ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) 1998-ci ildə yaradılıb. Agentlik ölkədə humanitar minatəmizləmə fəaliyyətini əlaqələndirir, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, eləcə də mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın və bərpa-quruculuq işlərinin təmin olunmasında ANAMA mühüm rol oynayır.