"Qarabağ" növbəti mərhələdə! - YENİLƏNİB

17 İyul 2026 01:51 (UTC+04:00)

Bu gün Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyununa çıxıb. SİA xəbər verir ki, "Thróttarvöllur" stadionunda keçirilən oyun Qurban Qurbanovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında ilk matçda da Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, "Qarabağ" Avroliqanın 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq.

Mətləb