Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da yaratdığı qol epizodlarının sayına görə bütün rəqiblərini qabaqlayıb. "Squawka" nəşrinin yazdığına görə, 39 yaşlı hücumçu mundialda indiyədək komanda yoldaşları üçün 8 aşkar qol imkanı yaradıb. Bu göstərici ilə o, turnirin bütün futbolçularını geridə qoyub.
Messinin ən yaxın izləyicisi Fransa millisinin yarımmüdafiəçisi Maykl Olisedir. Onun hesabında 5 aşkar qol imkanı var. Jan Diomande, Coşua Kimmiç, Nunu Mendeş, Roberto Alvarado və Usman Dembele isə hərəyə 4 belə epizod yaradıblar.
Mətləb