Macarıstanda keçmiş nazirlə bağlı araşdırma başladı

17 İyul 2026 02:04 (UTC+04:00)

Macarıstanın Baş naziri Peter Magyar Budapeştdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən mühüm açıqlamalar verib. Baş nazir, keçmiş hökümət üzvləri ilə bağlı araşdırma aparıldığını bəyan edib. O qeyd edib ki, keçmiş xarici işlər naziri Peter Siyartonun Rusiya ilə əlaqələri ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlayıb. O, araşdırma ilə bağlı təfərrüatları açıqlamaq istəmədiyini bildirib.

Mətləb