Ermənistanda Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyana məxsus "Araratsement" şirkəti dövlət idarəçiliyinə keçib. News.am agentliyinin yazdığına görə, "Qanunsuz mənşəli əmlakın müsadirə olunması haqqında" icraat çərçivəsində şirkət Antikorrupsiya Məhkəməsinin qərarı ilə Ermənistan dövlətinin idarəçiliyinə verilib.
Bundan əlavə, iddia ərizəsi çərçivəsində hakimiyyət orqanları Qaqik Sarukyandan 75 daşınmaz əmlak obyekti, 10 digər əmlak vahidi və 42 nəqliyyat vasitəsinin bazar dəyərinin müsadirə olunmasını tələb edir.
Mətləb