Bu ölkədə Ebola virusundan ölənlərin sayı 800 nəfərə çatıb

17 İyul 2026 01:05 (UTC+04:00)

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ölənlərin sayı təxminən 800 nəfərə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın mənzil-qərargahında keçirdiyi brifinqdə bildirib.

"Hazırda 2 073 yoluxma halı qeydə alınıb, onlardan 796-sı ölümlə nəticələnib", - o deyib.

Mətləb