İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki daşınmaz əmlaklarının zərbələr üçün qanuni hədəf olduğunu bəyan edib. Mətbuatın yazdığına görə, söhbət ABŞ dövlət başçısının Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanındakı qolf klublarından və göydələnlərindən gedir.
Hədəf siyahısına Dubaydakı "Trump International Hotel & Tower", Ciddədəki "Trump Plaza" və Ər-Riyaddakı "Trump Tower" kimi nəhəng layihələr daxildir.
Mətləb