Sabah Biləsuvarın bu ərazilərində qaz olmayacaq

16 İyul 2026 23:18 (UTC+04:00)

Biləsuvar şəhərinin bir sıra küçələrində sabah təbii qazın verilişi müvəqqəti dayandırılacaq. SİA xəbər verir ki, iyulun 17-si saat 10:30-dan etibarən işlər başa çatanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan yeraltı qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

Şəhərin 8 Mart, M.Qasımov, N.Zeynalova, K.Əbilhəsənov, M.İbrahimov, Babək, C.Hüseynov, H.Cavid, Təbriz, İ.Əfəndiyev, Q.Həsənova, Nizami, Koroğlu, A.M.Hüseyn, M.Müşfiq, A.Cəlilov, S.Əsgərova, Niyazi, Puşkin, M.Topçubaşov, S.Rufullayev, Ə.Vahid, B.Xammədov, S.Vurğun, Ç.İldırım, Xəqani, Q.Qarayev, H.Əliyev, Azadlıq, S.Rəhimov, 1 May, V.Nəsirov, İ.Qayıbov, M.Ə.Sabir, S.Rüstəmov, Bakı, Nəsimi, R.Rza, Sahil, Ş.Qurbanov, B.Abbasov, İ.Baxşıyev, İ.Məmmədov, Muğan və Ə.Muğanlı küçələrində ümumilikdə 4 015 abonentin təbii qaz təchizatı dayandırılacaq.

Mətləb