UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyunu başlayıb.
SIA xəbər verir ki, “Şengelia Arena”da keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Sumqayıtda baş tutan ilk oyunda “Zirə” 3:0 hesablı qələbə qazanıb.