Azərbaycan klubu polşalı voleybolçu ilə yeni müqavilə imzalayıb

16 İyul 2026 18:55 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət "DH Volley" komandası polşalı legioneri Nataliya Qayevska ilə yeni müqavilə bağlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 32 yaşlı oyunçu daha bir il Bakı klubunun formasını geyinəcək.

Nataliya Qayevska 2025-ci ildən komandanın şərəfini qoruyur.

Qeyd edək ki, “DH Volley” yeni mövsümdə Azərbaycanı Çelenc Kubokunda təmsil edəcək.