Türkiyənin “Fənərbağça” klubu ilə anlaşan ingiltərəli futbolçu Meyson Qrinvud tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün İstanbula gəlib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu hava limanında böyük coşqu ilə qarşılanıb.
İstanbul təmsilçisi bu transfer üçün Fransanın “Marsel” klubuna 39 milyon avro ödəyəcək. Məbləğ üç il ərzində üç bərabər hissə şəklində ödəniləcək.
Meyson Qrinvud "Fənərbağça" ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayacaq. Onun illik maaşı isə təxminən 10 milyon avro olacaq.