ABŞ-nin gündəlik xam neft istehsalı artıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 1000 min barel artaraq sutkada orta hesabla 13 milyon 861 min barel olub.
Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 60 min barel artaraq sutkalıq 5 milyon 689 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 459 min barel çoxalaraq gündəlik 3 milyon 721 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 780 min barel olacaq.