Ömürlük məhkum evlənib..?

16 İyul 2026 21:54 (UTC+04:00)

...Kazan gimnaziyasına hücuma görə ömürlük həbs cəzasına məhkum edilmiş İlnaz Qalyaviyev “Qara delfin” cəza koloniyasında evlənib.

SİA-nın əldə etdiyi məlumata görə, onun həyat yoldaşı 18 yaşlı Dianadır və o, onu əvvəllər yalnız iki dəfə görüb.

Toy mərasimi 30 iyun 2026-cı ildə Sol-İletskdəki 6 nömrəli cəza koloniyasında baş tutub.

Diananın sözlərinə görə, evlilik təxminən on dəqiqə çəkib: qeydiyyat şöbəsinin əməkdaşı sənədləri doldurub, cütlük üzük mübadiləsi aparıb və sonra uzun müddətli görüşə icazə verilib.

...Və həbsxananın təhlükəsizliyi səbəbindən cütlük ildə yalnız bir dəfə görüşə biləcək.

Qeyd edək ki, Rostov vilayətində anadan olan və ixtisasca şirniyyatçı olan Diana Moskvada yaşayır. O, Qalyaviyevi ilk dəfə televiziya xəbərlərində gördüyünü, sonra isə 14 yaşında ikən 2021-ci ildə onunla yazışmağa başladığını bildirib.

Onu ilk dəfə 10 aprel 2023-cü ildə məhkəmədə şəxsən görüb və sonra cəza koloniyasına baş çəkməyə gəlib.

O, aralarında səmimi hisslərin yarandığını və bütün məhdudiyyətlərə baxmayaraq, qərarından peşman olmadığını iddia edir.

Xatərladaq ki, 11 may 2021-ci ildə İlnaz Qalyaviyev Kazandakı 175 nömrəli gimnaziyada uşaqlara atəş açaraq doqquz nəfəri öldürüb, 24 nəfəri isə yaralayıb.

...2023-cü ildə məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.

...Və yeri gəlmişkən: Orenburq vilayətində yerləçən “Qara delfin” cəza koloniyası Rusiyada öz növündə ən böyük həbsxana koloniyasıdır (1600 nəfər tutumu ilə). Bəzi mənbələrə görə, 2009-cu ilə qədər koloniyada təxminən 863 nəfər məhbus olub. İddialara görə, kolonoyadakı işçilərin sayı 1000 nəfərdən çoxdur.

Əli Babayev