"Sosial şəbəkələrdən insan məlumat üçün, işlərini daha da çox inkişaf elətdirmək üçün, məlumat toplamaq üçün, əlaqə qurmaq üçün istifadə eləyə bilir". Bu fikirləri SİA-ya açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayilova bildirib.
Onun sözlərinə görə, ancaq mütəmadi sosial şəbəkələrdən çox istifadə etmək insanın sağlamlıq rutinini, psixoloji, fizioloji rutinini də poza bilər:
"Belə ki, əgər insan səhər yuxudan oyanan kimi əlinə bilgi telefonu alarsa, onun rutini və o cür də davam edər. Nəzərə alsaq ki, sosial şəbəkələrdə izlənilən videolar, postlar daha sürətlidir, ancaq həyatda, real həyatda bu cür sürət yoxdur və bəzən də bu, gənclərdə, yeniyetmələrdə aşırı səbirsizlik yaradır.
Təbii ki, sosial şəbəkələrdən, ümumiyyətlə, telefonlardan, planşetlərdən, texniki vasitələrdən çox istifadə edən uşaqlarda, yeniyetmələrdə diqqət eksikliyi daha çoxdur. Bu qönlərdə də var, yəni belə yaşlı insanların da həyatına daha çox telefonlar, smart telefonlar, sosial şəbəkələrin sıx istifadəsi girəndən sonra baş verib.
Yeniyetmələr və gənclər əgər çox sosial şəbəkələrdən istifadə edirlərsə, bu, onlarda özünə qapanmalıq xüsus yaradır. Demək olar ki, insanlar real əlaqə qurmaq istəmirlər, hər bir şeyi virtual eləməyə çalışırlar. Özləri də hiss etmədən bu, onlarda özünə qapanmağa, depressiya gətirib çıxarda bilər. Amma ümumiyyətlə, necə keçmiş nəsillərdə olduğu kimi, real və sosial ünsiyyət insanların psixi cəhətdən sağlamlığına bir işarədir.
Burada bir göz təması qurulur, burada bir demək olar ki, yaxından təmas, daha real və səmimi söhbətlər olurdu ya, bu, insanı həm stressdən, həm depressiyadan qoruyur, eyni zamanda hər zaman psixoloji sağlamlığına zəmanət verir. Ona görə də psixi sağlamlığımızı qorumalıyıq ki, sonradan psixi sağlamlığımızı ziddiyyətli faktorlardan əziyyət çəkməyək".
Lətifə Musayeva