Azərbaycan üzgüçüsü Mehri Ağayeva Sofiyadakı turnirdə gümüş medal qazanıb

16 İyul 2026 15:09 (UTC+04:00)

Azərbaycanın yeniyetmə üzgüçüsü Mehri Ağayeva (8 yaş) Bolqarıstanda keçirilən "Sofia Diving Cup" beynəlxalq turnirində gümüş medal qazanıb.

Bu barədə SİA-ya Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

O, bir metr hündürlükdəki tramplindən sula tullanmada buna nail olub. İdmançı 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub.

Eyni kateqoriya üzrə ötənilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi Sofiyadakı yarışda 7 idmançı ilə təmsil olunur.