Vəli VƏLİYEV, əməkdar jurnalist
Ermənistandakı siyasətçilər baş sındırır, Azərbaycanla Ermənistan arasında kompromis və güzəşt arasındakı sərhəd haradadır? Və bu cahillər düşünürlər ki, Azərbaycan güzəştə getməli, ermənilərin “itirdiklərinə” rəğmən kifayət qədər iri tikə əldə etməli imişlər. Bir daha dərindən analiz edəndə belə qənaətə gəlmək olar ki, bu ikiayaqlılar başqasına məxsus olan torpaqdan pay istəməyin bədəlinin nə qədər ağır ola biləcəyini hələ də anlamırlar. Amma xatırlatmaq, zehi getmiş beyinləri oyatmaq üçün yaxın tarixdə baş verənləri yada salmaq qəbahət deyil. Anlamaq istəsələr də, istəməsələr də fərq etməz.
Ermənilər köləsi olduqları millətlərin, dövlətlərin himayəsində bəşəri cinayətlər törətməkdən heç vaxt çəkinməyiblər, əksinə tapşırığı can-başla yerinə yetiriblər. Ermənilərin bir əsrdə ikinci dəfə yaşadıqları Azərbaycan adlı ölkəyə qarşı xəyanət etdikləri tarixin səhifələrində mışıl-mışıl yatır. Kim istəsə açıb baxa bilər. Rus-sovet imperiyaları hər dəfə dağılanda, əvvəlcə qondarma dövlət yaratdılar, sonrakı mərhələdə, yəni 1990-cı illərdə isə onu genişləndirməyə cəhd etdilər. Birinci mərhələ qismən uğurlu alınsa da, ikinci həmlə baş tutmadı, 30 illik separatçılıq bir işə yaramadı. Ermənilərin Azərbaycan ərazilərində ikinci Ermənistan dövlətinin yaratmaq arzusu “daşa dirəndi”, danışıqları bir işə yaramadığı görən Azərbaycan növbəti erməni təxribatını cavabsız qoymadı və Şuşa Zəfərinə, 23 saatlıq antiterror tədbirlərinə qədər getdi.
Yuxarıdakı abzası bir də oxuyun, məgər burada yanlış bir ifadə, tarixi saxtalaşdırmaq cəhdi varmı? Yox. Əgər belə olmasaydı, ermənilərin arxasında duran güclər öz suverenliyini bərpa etmək istəyən Azərbaycana qarşı “işğalçı” damğası ilə hücuma keçərdilər. Amma bunların heç biri olmadı, zatən ola da bilməzdi. Erməni siyasətçilər isə üzlərinə “müdriklik” maskası taxaraq hələ də başqalarını ittiham edir, öz cinayətlərini isə görməzdən gəlirlər.
Ermənistan mətbuatı həmin siyasətçilərdən sitat gətirərək yazır ki, bu gün Ermənistanın xarici siyasəti postsovet tarixinin ən mürəkkəb və ziddiyyətli dövrlərindən birini yaşayır. İran, Rusiya, ABŞ və Avropa Birliyi ilə eyni vaxtda münasibətlər qurmaq, eləcə də Türkiyə və Azərbaycanla dialoq aparmaq cəhdləri çoxvektorlu yanaşma təəssüratı yaradır. Lakin getdikcə daha çox sual ortaya çıxır: bu strategiya yaxşı düşünülmüşdürmü, yoxsa son məqsədi dəqiq başa düşmədən təhlükəli manevrlərin şahidi oluruq? Sözdə TRIPP nəqliyyat layihəsi ətrafındakı vəziyyət Ermənistan diplomatiyası üçün daha bir sınaq halına gəldi. Bir tərəfdən rəsmi İrəvan İranı layihənin onun maraqlarına qarşı yönəlmədiyinə inandırmağa çalışır. Digər tərəfdən, marşrutun təhlükəsizliyinin təmin edilməsində Amerika strukturlarının iştirakını nəzərdə tutan təşəbbüsün məntiqi qaçılmaz olaraq Tehranda narahatlıq doğurur. Və bu narahatlıqlar, demək olar ki, əsassız deyil.
Xatırlatmaq istərdik ki, Ermənistanın ayağında törətdiyi bəşəri cinayətlər, işğalçılıq siyasəti var, həm də məhdud resurslara və mürəkkəb coğrafi mövqeyə malik kiçik bir ölkədir. İstənilən xarici siyasət qərarı İrəvanla yanaşı, bəzi paytaxtlarda analiz edilir, süzgəcdən keçirilir. Ona görə də bu ölkə mühüm qərarların verilməsində vaxt itkisinə məruz qalır. Narahatedici məqam odur ki, bu cür addımlardan əsasən digər regional oyunçular faydalanır. Daha güclü mövqeyə malik olan Türkiyə və Azərbaycan isə əsasən barışdırıcı mövqedədirlər, ortaq maraqlardan danışırlar. Amma bu o demək deyil ki, iki qardaş ölkə, regionda söz sahibi olan Türkiyə və Azərbaycan erməni oyunlarına daim göz yumacaqlar.
Erməni siyasətçilər isə “uzaqgörənlik” edərək bunun keçici olduğa özlərini də inandırmağa çalışırlar. Və kompromislə güzəşt arasındakı xəttin haradan keçdiyini müəyyən etməyə çalışırlar. O xətti çətin tapa bilələr, çünki dürüst deyillər, Azərbaycanın mövqeyini, məsələyə yanaşmasını yanlış üsulla sindirməyə çalışırlar. Ermənistan rəhbərliyi Qərblə eyni vaxtda Rusiya ilə problemlərini həll etməyə çalışır. Amma unudur ki, o Azərbaycan deyil və balanslı siyasət yürütməyin şərtlərinə sahib deyil. Tarazlığı qorumağa çalışmaq hələ başlanğıcdır və etimadı itirmək riski də var. Gərgin beynəlxalq vəziyyətdə isə bunun ciddi nəticələri ola bilər.
Hələ ölkə daxilində baş verənləri demirik.
Tarix dəfələrlə göstərib ki, zəif strateji düşüncə kiçik dövlətlərə baha başa gəlir. Buna görə də bu gün yalnız mövcud hadisələri təhlil etmək deyil, həm də gələcəyə təsir etmək imkanı olduğu halda nəticə çıxarmaq çox vacibdir.