"Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi şəhərində inşa edilən Xankəndi Otelinin açılışında iştirak edib. Rəsmi məlumata əsasən, otel 101 otaqdan ibarətdir və eyni vaxtda 236 qonağı qəbul etmək imkanına malikdir. Kompleksdə restoranlar, kafe və idman zalı fəaliyyət göstərir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, Xankəndi otelinin istifadəyə verilməsi şəhərdə və bütövlükdə Qarabağ iqtisadi rayonunda turizm sənayesinin inkişafı baxımından mühüm addımdır:
"Bu obyekt daxili və xarici turistlərin qəbuluna xidmət edən infrastrukturun genişlənməsinə, bölgənin turizm potensialının daha da artırılmasına və turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.
Eyni zamanda, yeni otelin fəaliyyətə başlaması Xankəndidə iqtisadi fəallığın artmasına, xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verəcək. Bu cür layihələr bölgənin sosial-iqtisadi dirçəlişinin sürətləndirilməsi, əhalinin məşğulluğunun artırılması və sahibkarlıq fəaliyyətinin genişlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Son dövrlərdə Xankəndidə, Şuşada və işğaldan azad olunmuş digər şəhər və rayonlarda yeni mehmanxanaların, turizm obyektlərinin, restoran və kafe şəbəkələrinin istifadəyə verilməsi, eləcə də yeni layihələrin təməlinin qoyulması göstərir ki, Qarabağ və Şərqi Zəngəzur dövlətin əsas inkişaf prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən layihələr bölgənin iqtisadi potensialının reallaşdırılmasına və turizm imkanlarının daha da genişlənməsinə xidmət edir.
Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl iqtisadiyyat prinsipləri əsasında inkişaf etdirilməsi, müasir turizm və xidmət infrastrukturunun formalaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi bərpa və quruculuq siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasət bölgənin uzunmüddətli sosial-iqtisadi inkişafına və Azərbaycanın turizm potensialının daha da gücləndirilməsinə mühüm töhfə verir".