Bu ərazilərdə yeni "ASAN xidmət" mərkəzləri yaradılacaq

16 İyul 2026 01:22 (UTC+04:00)

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Azad olunmuş ərazilərdə - Ağdam, Cəbrayıl və Laçında növbəti "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır. Onun sözlərinə görə, Şuşada artıq iki ildir "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir:

"Ağdam, Cəbrayıl və Laçında da xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bunlar regional mərkəzlər olacaq və ətraf rayonlara da xidmət göstərəcəklər".

Mətləb