Magistraturaya qabiliyyət imtahanları keçirilib - MƏLUMAT

15 İyul 2026 23:19 (UTC+04:00)

Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbində magistratura səviyyəsinin 68 nömrəli (musiqi sənəti istiqaməti) proqramı üzrə qabiliyyət imtahanı təşkil olunub. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, qrafikə əsasən, 70 nömrəli (təsviri sənət) proqramı üzrə qabiliyyət imtahanı iyulun 17-də, 69 nömrəli (teatr, kino və xoreoqrafiya) proqramı üzrə isə iyulun 19-da keçiriləcək.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 2026-cı ildə nəşr olunan xüsusi buraxılışlarında yer alıb.

Mətləb