Bu gün Sabirabadın bəzi ərazilərində qaz olmayacaq

16 İyul 2026 02:04 (UTC+04:00)

Bu gün Sabirabadın bəzi hissələrində qaz təchizatı dayandırılacaq. SİA xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 09:00-dan işlər yekunlaşanadək Sabirabad şəhərinin bir neçə küçəsinin və rayonun Əsgərbəyli, Qasımbəyli, Muradbəyli, Qalaqayın, Yuxarı Axtaçı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mətləb