Azərbaycanla Malayziya arasında vizasız rejim tətbiq olunacaq? - AÇIQLAMA

15 İyul 2026 23:29 (UTC+04:00)

Azərbaycanla daha bir ölkə arasında vizasız rejimin tətbiqi reallaşa bilər. Belə ki, Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. Bu barədə Milli Məclisin Azərbaycan–Malayziya parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Vüqar Bayramov Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.

Onun sözlərinə görə, Malayziyada keçirilən görüşlər zamanı iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub:

"Malayziyanın böyük turizm potensialı var. Hazırda Malayziya vətəndaşlarının Azərbaycana səfəri üçün viza tələb olunur. Bununla bağlı müzakirələr aparılıb və hesab edirəm ki, yaxın aylarda vizasız rejimə keçid mümkün olacaq. Çünki Xarici İşlər Nazirliyi tərəfindən artıq müvafiq memorandum təqdim edilib".

Mətləb