Kir Starmer parlamentdə alqışlarla yola salınıb

15 İyul 2026 18:01 (UTC+04:00)

Kir Starmer Böyük Britaniya parlamentdə Baş nazirə suallar sessiyasında sonuncu dəfə iştirak edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, deputatlar onu alqışlarla yola salıblar. Kir Starmer çıxışı zamanı “Bu, mənim siyasi yolumun sonudur” deyib.

Sessiya zamanı Kir Starmer və Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok əvvəlki siyasi qarşıdurmalarını zarafatla xatırlayıblar. Badenok Starmerə gələcək fəaliyyətində uğurlar arzulayıb, Starmer isə varisinə tam dəstək verəcəyini bildirib. Liberal Demokratlar Partiyasının lideri Ed Devi də Starmerə dövlətə xidmətinə görə təşəkkür edib.

Qeyd edık ki, Kir Starmeri əvəz edəcək Endi Börnhamın iyulun 17-də keçiriləcək partiyanın növbədənkənar konfransında rəsmi olaraq Leyboristlər Partiyasının lideri elan olunacağı gözlənilir. Onun iyulun 20-də Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlaması nəzərdə tutulur.