Yaponiyada turist axını son beş ildə ilk dəfə azalıb

15 İyul 2026 17:53 (UTC+04:00)

Yaponiyada cari ilin ilk yarısında xarici turistlərin sayında son beş ildə ilk dəfə azalma qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Turizm Təşkilatı məlumat yayıb. Bildirilib ki, yanvar-iyun aylarında ölkəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 21 milyon 84 min 800 nəfər təşkil edib.

Məlumatda qeyd edilib ki, bunun əsas səbəbi Çindən gələn ziyarətçilərin sayının 56,4 faiz azalması olub. Bununla belə, ilk altı ayda Cənubi Koreyadan 5 milyon 675 min 100, Tayvandan isə 3 milyon 972 min 200 turist Yaponiyaya səfər edib.

İyun ayında isə ölkəyə gələn xarici turistlərin sayı illik müqayisədə 6,8 faiz azalaraq 3 milyon 148 min 600 nəfərə enib. Bu, ardıcıl üçüncü aylıq azalma kimi qeydə alınıb.