...Dünya Kubokunda müsəlman ölkələrindən on üç komanda iştirak edib.
SİA-nın əldə etdiyi məlumata görə, The MEE xəbər verir ki, turnir zamanı İslam jestləri ilə ən çox Avropa milli komandalarında oynayan müsəlman oyunçular məşhurlaşıb.
...İspaniyalı hücumçu Lamin Yamal Səudiyyə Ərəbistanına qarşı qol vurduqdan sonra səcdəyə gedib. Bu ilin mart ayında o, doğma şəhəri Barselonada Misirlə oyun zamanı azarkeşlərin "Kim tullanmazsa, müsəlmandır" deyə qışqırmağa başladığı zaman diqqət mərkəzində olub.
Lamin Yamal isə cavabında “Mən müsəlmanam, əlhəmdulillah. Futbol insanları əyləndirmək və ruhlandırmaq üçün mövcuddur, inanclarına görə hörmətsizlik etmək üçün deyil.”
...İsveçdə oynayan digər bir müsəlman oyunçu Yacine Ayari də 2026-cı il Dünya Kubokunda Tunisə qarşı vurduğu qoldan sonra səcdəyə gedib.
Qeyd etmək lazımdır ki, atası tunislidir, lakin futbolçunun özü İsveçdə anadan olub və Tunis Futbol Federasiyasının onu cəlb etməyə çalışmasına baxmayaraq, həmin ölkədə oynamağı seçib.
Bu gün Avropalı müsəlman futbolçular yalnız müsəlman immiqrantların nəsilləri deyil. Onların çoxu şüurlu şəkildə İslamı qəbul edən insanlardır.
Onların arasında Hollandiyalı yarımmüdafiəçi və dördqat UEFA Çempionlar Liqasının qalibi Klarens Zeedorf, Fransa hücumçusu Frederik Kanoute və yarımmüdafiəçi Pol Poqba da var.
Digər yeni müsəlman olan digər bir oyunçu, İngiltərə millisində oynayan yamaykalı Jed Spensdir.
O, Dünya Kubokunda İngiltərə millisində oynayan ilk müsəlman oldu.
...Təəccübləndim, çünki ilk olduğumu bilmirdim. Bu, bir nemətdir. Tarix yazmaq və dünyanın hər yerindəki gəncləri mənim etdiyimi etməyə ruhlandırmaq çox xoşdur, - deyə o bildirib.
Kabo-Verde milli komandasının oyunçuları Avropada İslamı qəbul ediblər.
Otuz iki yaşlı beynəlxalq oyunçu Jamiro Monteyro Rotterdamda oynayarkən İslamı qəbul edib.
...Gənc yaşlarımda dinə maraq göstərdim və İslam haqqında oxudum. Sonra müsəlman olan başqa bir oyunçu ilə yaşadım və o, mənə necə namaz qılmağı öyrətdi. Məhz o zaman içimdə bir dəyişiklik hiss etdim, - deyə o bildirib.
Monteyro 2020-ci ildə İslamı qəbul edib.
2024-cü ildə "İlin müdafiəçisi" seçilən Moreyranın da İslama oxşar yolu olub.
"Rennes"də oynayarkən, gündə beş dəfə namaz qılan və Ramazan ayında oruc tutan yaşlı oyunçu Əbdülaye Doukur ilə bir otaqda qalıb.
Bu, Moreyranın marağını artırdı və o, İslam haqqında soruşmağa başladı və sonda dinini dəyişdi.
...Bir az qorxdum, çünki bu din ilə böyüməmişəm. Valideynlərimin necə reaksiya verəcəyini bilmirdim. Amma onlar dedilər ki, daha yaxşı insan olacağam, - deyə futbolçu etiraf edib.
Əli Babayev