SEPAH ABŞ-ın Bəhreyndəki bazasına hücum edib - TƏCİLİ

15 İyul 2026 00:22 (UTC+04:00)

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki bazasına raket hücumu həyata keçirib. SİA xəbər verir ki, bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.
"Şeyx İsa" aviabazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci donanmasının mənzil-qərargahı İran tərəfindən kütləvi raket və pilotsuz aparatı (PUA) zərbələrinə məruz qalıb", - SEPAH-ın bəyanatında bildirilir.

Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın hədələrinə sözlə yox, əməllə cavab veriləcəyini bildirib.

Mətləb