Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:04 (UTC+04:00)

Rusiyaya qarşı daha bir sanksiya xəbəri məlum olub. Belə ki, Norveç Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

SİTAT: "Bu paket Norveçin siyasi cəhətdən qoşulduğu 20-ci Avropa İttifaqı (Aİ) sanksiya paketi (8 may 2026-cı il) ilə uyğundur. Sanksiyalar bir sıra tədbirləri əhatə edir və əsasən enerji, habelə maliyyə sektorlarına yönəlib. Paketə, eyni zamanda, sanksiyalardan yayınmanın qarşısını almaq və Rusiyanın hərbi-sənaye kompleksini daha da zəiflətmək üçün tədbirlər daxildir", - deyə nazirlik bildirib.

Sanksiyalar iyulun 14-də qüvvəyə minib.

Mətləb