TRT-nin Bakı nümayəndəliyinin yeni rəhbəri açıqlandı

14 İyul 2026 23:04 (UTC+04:00)

TRT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub. Mediada yer alan məlumatda deyilir ki, bu vəzifəyə Səfa Burak Bozyel təyin edilib. O, bu təyinata qədər "TRT Haber"in koordinator müavini vəzifəsində çalışıb. Yeni təyinatla fəaliyyətini Bakı şəhərində davam etdirəcək.

Xatırladaq ki, TRT-nin Azərbaycan nümayəndəliyinə bundan əvvəl Murad Akkoç rəhbərlik edirdi.

Mətləb