Brüsseldə binada baş verən yanğın nəticəsində 5 nəfər həlak olub

14 İyul 2026 20:15 (UTC+04:00)

Belçikanın paytaxtı Brüsselin mərkəzində yenidənqurma işlərinin görüldüyü binada baş verən yanğın nəticəsində 5 nəfər həlak olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfərin itkin düşdüyü bildirilir. Həlak olanların meyitləri yanğın söndürüldükdən sonra liftlərdən birində aşkarlanıb. Digər liftə giriş uzun müddət mümkün olmadığından əlavə qurbanların ola biləcəyi istisna edilmir.

Hadisə zamanı binada təxminən 250 inşaat işçisi olub. İki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğınla bağlı araşdırma aparılır.