Ədəbiyyat Muzeyində yeni ekspozisiya

14 İyul 2026 19:17 (UTC+04:00)

XX əsr Azərbaycan filologiya elminin inkişafında əvəzsiz xidmətləri olan professor Hadi Mirzəzadənin arxivini bir müddət əvvəl ailəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təhvil verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, muzeydən bildirilib ki, həmin eksponatların müəyyən hissəsi Hadi Mirzəzadəyə həsr edilmiş guşədə yerləşdirilib. Burada görkəmli alimin şəxsi əşyaları, məktubları, müxtəlif əlyazmaları, ömrünün ayrı-ayrı dövrlərini əks etdirən fotoşəkillər toplanıb.

Ekspozisiyanın açılışı payızda olacaq.