...Amerika kəşfiyyatı Ukraynaya ölkənin dərinliklərindəki hədəflərə zərbələr endirərkən Rusiya hava hücumundan müdafiə sistemlərindən daha effektiv şəkildə yayınmağa imkan verən yardım göstərir.
SİA xəbər verir ki, bu barədə Fox News mənbələrə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, kəşfiyyat dəstəyi dronlar və raketlər üçün marşrutların, hədəflərin seçilməsini asanlaşdırır və Rusiyanın hava hücumundan müdafiə sistemlərini uğurla dəf etmək ehtimalını artırır.
Keçmiş NATO Müttəfiq Komandanları Filip Bridlav və Riçard Nyuton hesab edirlər ki, Rusiya artıq bütün vacib infrastruktur obyektlərini etibarlı şəkildə qoruya bilmir.
...Qüvvələrini bir neçə cəbhəyə səpələmək məcburiyyətində qalır.
Bu fonda Ukrayna Rusiyanın neft infrastrukturuna hücumları gücləndirib.
Omsk və Saratov neft emalı zavodları da daxil olmaqla, ölkənin müxtəlif bölgələrindəki obyektlərə zərbələr endirilib. Yanacaq emalı gücünün təxminən dörddə bir, hətta üçdə bir hissəsi azaldığı və müəyyən bölgələrdə təchizatda fasilələrə səbəb olduğu təxmin edilir.
Fox News-un qeyd etdiyi kimi, Moskva artıq dizel yanacağı ixracına müvəqqəti qadağa qoyub və iyun ayında dəniz daşımaları 39 faiz azalıb.
Bundan əlavə, kanalın məlumatına görə, Rusiya hakimiyyəti daxili bazarı sabitləşdirmək üçün Qazaxıstandan benzin idxal etməyi düşünür.
Yanacaq çatışmazlığı müharibənin ilk nəticələrindən biri idi və rusların gündəlik həyatına birbaşa təsir etdi.
Onun fikrincə, bu, Kremlin qorumağa çalışdığı vəziyyət üzərində tam nəzarət imicini də sarsıdır.
Əli Babayev