Azərbaycan kamandan oxatanları iyulun 20-26-da İtaliyanın paytaxtı Romada keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaqlar.
Bu barədə SİA-ya Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.
Qitə birinciliyində Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev çıxış edəcək. Onlar fərdi və qarışıq komanda növlərində 60 və 70 metr məsafələrdə mübarizə aparacaqlar.
Komanda hazırda yarışa hazırlıq məqsədilə Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadıt. Avropa çempionatında milliyə məşqçilər Leyla Fazilova və Fuad Allahverdiyev rəhbərlik edəcək.