AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb

14 İyul 2026 16:42 (UTC+04:00)

AFFA UEFA B məşqçilik kursuna müraciətlərin qəbulunu elan edib.

SİA xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb.

UEFA-nın Məşqçilik Konvensiyasına uyğun təşkil olunan kurs UEFA C lisenziyasına malik və məşqçilik fəaliyyətini növbəti mərhələyə daşımaq istəyən mütəxəssislər üçün nəzərdə tutulub.

Müraciətlər iyulun 26-dək elektron qaydada qəbul ediləcək.