Çirkli kondisioner filtrləri tənəffüs yolları xəstəlikləri riskini artırır

14 İyul 2026 15:00 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova ATV telekanalının “Xəbərin olsun” proqramında qış mövsümü ərzində istifadə olunmayan kondisionerlərin filtrlərində toplanan toz, bakteriyalar və kif göbələklərinin insan sağlamlığı üçün yaratdığı risklər barədə müsahibə verib.
Xumar həkim qeyd edib ki, vaxtında təmizlənməyən kondisioner filtrlərində yığılan zərərli hissəciklər cihaz işə salındıqda hava ilə birlikdə tənəffüs yollarına daxil olaraq allergik reaksiyalar, bronxial astma tutmaları və digər tənəffüs sistemi xəstəliklərinin yaranmasına və ya mövcud xəstəliklərin ağırlaşmasına səbəb ola bilər.
Mövzu ilə bağlı ətraflı məlumatı ATV-nin “Xəbərin olsun” proqramında yayımlanan müsahibədə izləyə bilərsiniz. Süjeti Sizə təqdim edirik. https://youtu.be/S-DaDS_N-WI