IV Şuşa Qlobal Media Forumu öz işini yekunlaşdırıb

14 İyul 2026 13:01 (UTC+04:00)

IV Şuşa Qlobal Media Forumu öz işini yekunlaşdırıb.

SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forum iki gün davam edib.

Forumun ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və forum iştirakçılarının suallarını cavablandırıb.

Forum çərçivəsində 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan çox media qurumu, həmçinin media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, son dörd ildə Şuşa Qlobal Media Forumu 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib.

Forum çərçivəsində media, süni intellekt, dezinformasiya ilə mübarizə, media diplomatiyası, şəhərsalma narrativləri, etimadın bərpası və digər aktual mövzulara həsr olunmuş panel müzakirələri keçirilib.

Forum panel sessiyaları və yekun müzakirələrlə başa çatıb