Peter Pelleqrini: Azərbaycan və Slovakiya arasında əməkdaşlıq konkret layihələrə çevrilir

14 İyul 2026 11:43 (UTC+04:00)

Azərbaycan və Slovakiya arasında əməkdaşlıq boş bəyanatlar deyil, bu əlaqələr konkret layihələrə çevrilir.

SİA xəbər verir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Prezident İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.

“Mən əvvəlki müxtəlif vəzifələrdə işləyən zaman Azərbaycanda səfərdə olmuşam. Burada sözlərimi onunla yekunlaşdırmaq istərdim ki, hər zaman Azərbaycandan qayıdandan sonra mənim işlərim daha yaxşı gedib və vəzifəm artıb. Ona görə də sizə xüsusi təşəkkürümü bildirirəm”, - deyə o əlavə edib.