“Bu, mənim Bakıya üçüncü səfərimdir, lakin Şuşa Qlobal Media Forumunda ilk dəfə iştirak edirəm”.
SİA xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında keniyalı siyasi şərhçi Elizabet Mutuku deyib.
O bildirib ki, forum müxtəlif ölkələrdən və müxtəlif sahələrdən olan iştirakçılar arasında ünsiyyət və təcrübə mübadiləsi üçün mühüm platformadır. Onun sözlərinə görə, burada həm media nümayəndələrindən, həm də dövlət rəsmilərindən yeni biliklər əldə etmək mümkündür.
Elizabet Mutuku qeyd edib ki, forumun əsas mövzularından biri olan həqiqətin bərpası və sülhün təşviqi müasir media üçün son dərəcə aktualdır. O vurğulayıb ki, Şuşa Qlobal Media Forumu jurnalistlər üçün dəyərli təcrübə qazandıran və beynəlxalq əməkdaşlığı gücləndirən əhəmiyyətli platformadır.