Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarındakı videomüşahidə kameralarının əhatə dairəsində bu ilin 6 ayı ərzində 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə SİA-ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, müvafiq tədbirlər görülməsi üçün NİİM tərəfindən aidiyyəti üzrə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.