Şuşada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub
14 İyul 2026 10:30 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub.
SİA bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.