Rusiya və Ukrayna arasında girov mübadiləsi olub

14 İyul 2026 01:23 (UTC+04:00)

Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi tezliklə baş tutacaq. Bu barədə Rusiya ombudsmanı Yana Lantratova məlumat verib. O, mübadilənin dəqiq tarixini açıqlamayıb:

“Tarixi iki səbəbdən elan etmirik: birincisi, qarışıqlığın qarşısını almaq, ikincisi, yaxınlarını gözləyən ailələrə ümid vermək və ya hər hansı bir şəkildə məyusluq yaratmaqdan çəkinmək. Bu, çox həssas bir məsələdir".

Mətləb