Şuşa Qlobal Media Forumunda rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti müzakirə olunub

13 İyul 2026 18:29 (UTC+04:00)

Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyası keçirilib.

SİA xəbər verir ki, sessiyanın moderatoru Milli Kibertəhlükəsizlik Agentliyinin nümayəndəsi Həvva Hüseynli olub. Paneldə Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov, sosial media təlimçisi və tədqiqatçısı Dr. Karen Sutherland, “TikTok”un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan, eləcə də LinkedIn şirkətinin ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Clancy çıxış ediblər.

Panel sessiyasında rəqəmsal platformalarda informasiya təhlükəsizliyi, kibertəhdidlər, dezinformasiyaya qarşı mübarizə, sosial media platformalarının məsuliyyəti və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması istiqamətində müasir yanaşmalar müzakirə olunub.