"Zirə"dən ayrılan Fuad Bayramov "Səbail"ə keçib

13 İyul 2026 15:14 (UTC+04:00)

"Zirə"dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək.

SİA xəbər verir ki, "Səbail" 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.

Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb.

Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində "Şamaxı" və "Turan Tovuz" klublarının da formasını geyinib.