“Qəbələ” 5 yoxlama oyunu keçirəcək

13 İyul 2026 13:20 (UTC+04:00)

“Qəbələ”nin yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.

Klubdan SİA-ya verilən məlumata görə, “qırmızı-qaralar” hazırlıq müddətində 5 matçda meydana çıxacaq. İlk görüş iyulun 14-də “Kəpəz”ə qarşı olacaq. Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.

Qeyd edək ki, yalnız “Sumqayıt”la oyun səfərdə keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq.