Mərkəzi Gömrük Hospitalında uroloji və ginekoloji problemlərdən əziyyət çəkən 78 yaşlı qadın pasiyent üzərində uğurlu kompleks cərrahi əməliyyat həyata keçirilib. Həkimlərin birgə qərarı əsasında icra olunan əməliyyat zamanı pasiyentin sidik kisəsində aşkarlanan törəmə və sol yumurtalığında yerləşən iri ölçülü kista eyni əməliyyat seansında uğurla çıxarılıb.
Multidissiplinar yanaşma sayəsində pasiyent əlavə cərrahi müdaxilədən qorunub, bərpa müddəti qısaldılıb və əməliyyatla bağlı risklər minimuma endirilib. Bu əməliyyat barədə "Səhiyyə TV"-də yayımlanan reportajı sizə təqdim edirik.