Uşaqların sağlam gələcəyi üçün peşəkar cərrahiyyə

13 İyul 2026 11:31 (UTC+04:00)

Anadangəlmə inkişaf qüsurlarından təcili cərrahi müdaxilə tələb edən xəstəliklərə qədər uşaqlarda rast gəlinən bir çox sağlamlıq probleminin vaxtında aşkarlanması və düzgün müalicəsi onların sağlam gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində müasir diaqnostik imkanlar, innovativ tibbi texnologiyalar və minimal invaziv cərrahi üsullar tətbiq olunmaqla balaca pasiyentlərə yüksək ixtisaslı tibbi yardım göstərilir. Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin fəaliyyəti ilə bağlı “Səhiyyə TV”də yayımlanan süjeti diqqətinizə təqdim edirik.