Kuşadasında 30 turist zəhərlənib

13 İyul 2026 04:05 (UTC+04:00)

Türkiyənin qərbindəki Kuşadası kurort şəhərindəki beşulduzlu hoteldə qida zəhərlənməsi şübhəsi ilə təxminən 30 turist xəstəxanaya yerləşdirilib. Belə ki, xəstəxanaya yerləşdirilənlər ürəkbulanma, qarın ağrısı, qusma və yüksək hərarətdən şikayətləniblər. Faktla bağlı araşdırma başlanıb.

Zərərçəkənlər Sahil Siteleri rayonundakı beşulduzlu hoteldə tətil edirmişlər. Ehtimal olunur ki, simptomlar "hər şey daxil" paketinin bir hissəsi kimi verilən yeməkləri yedikdən sonra yaranıb.

Mətləb