"Barselona" onu 35 milyon avroya satışa çıxarır

13 İyul 2026 02:04 (UTC+04:00)

"Barselona" hücumçusu Ferran Torreslə yollarını ayıra bilər. Bu barədə "CaughtOffside" nəşri məlumat yayıb. Bildirilir ki, Kataloniya klubu 26 yaşlı futbolçu üçün təxminən 35 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır. Buna səbəb isə Torresin müqaviləsinin son ilinə qədəm qoymasıdır.

Məlumata görə, ispaniyalı hücumçu ilə İngiltərənin "Tottenhem" və "Aston Villa" klubları maraqlanır. Bundan başqa, Madrid "Atletiko"su da futbolçunun transferi uğrunda mübarizə aparan komandalar sırasındadır.

Mətləb