Oktyabrda İsraildə parlament seçkisi olacaq

13 İyul 2026 03:05 (UTC+04:00)

İsraildə bu ilin oktyabrın 27-də parlament seçkisi keçiriləcək. Bu barədə "The Times of Israel" nəşrinə hakim "Likud" partiyasından deputat Ofir Kats açıqlayıb.

İsrailin hazırkı çağırış parlamenti iyulun 17-də buraxılacaq. Beləliklə, parlamentin daha əvvəl planlaşdırılan vaxtından əvvəl buraxılması baş tutmayacaq. Halbuki bu prosesə may ayında hakim koalisiya özü təşəbbüs göstərmişdi və növbədənkənar seçkinin keçirilməsi üçün ehtimal olunan tarix kimi sentyabr göstərilirdi.

Mətləb