Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Männiku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti qızıl medalını qazanıb. SİA-nın məlumatına görə, atıcımız bu dəfə 25 metr məsafəyə standart tapança yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub. Bununla da o, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Mətləb