Gəncədə kütləvi zəhərlənmə olub - TƏBİB məlumat yaydı

12 İyul 2026 22:06 (UTC+04:00)

Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb. SİA-nın Report-a istinadən məlumatına görə, təxminən ona yaxın şəxs zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib.

Onların arasında azyaşlılar da var.

N. Rüstəmova (1962)

A. Teymurlu (1986)

İ. Məmmədov (2017)

Z. Hüseynova (2015)

U. İsyaev (2020)

B. Əliyeva (1963)

S. Hüseynova (1987)

M. İsmayılova (1983)

***

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub. Bu barədə TƏBİB məlumat yayıb.

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir. İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib.

Mətləb